Xəbər lenti

Adil Qeybulla Əli İnsanovun partiyasına keçir? (AÇIQLAMA)
Siyasət 12:25 15.03.2023

Adil Qeybulla Əli İnsanovun partiyasına keçir? (AÇIQLAMA)

"Ən başlıcası, biz düşərgəni dəyişməmişik, yolumuz birdir, müxalifətçilik yoludur”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatından istefa verməsinin səbəblərindən danışarkən deyib. Onun bildirib ki, bir partiyadan getmək və digər partiyaya üzv olmaq istefa mədəniyyətidir:

"Qubad İbadoğlunun təşkilatından ayrılmağımın səbəblərinin hamısının deyil, bir hissəsini açıqlamışam. Sadəcə olaraq, oradakı abı-hava elə idi ki, mən arqumentləri dilə gətirməyə məcbur oldum. Biz ictimai fiqurlarıq, öz fəaliyyətimizlə bağlı ictimaiyyətə hesabat verməliyik”. 

Adil Qeybulla təşkilatdan istefa verməsi ilə bağlı sosial şəbəkədə paylaşdığı fikirlərin altında onu təhqir edənlərin olduğunu deyib:

"Onların hər birini məhkəməyə verə bilərəm. Amma mən məsələnin böyüməsini istəmirəm. Hesab edirəm ki, hər kəs öz fikirində qalsın, hər şeyi zaman göstərəcək”.

Professor sosial şəbəkədə onun sabiq səhiyyə naziri Əli İnsanovun rəhbərlik etdiyi Haqq Ədalət Partiyasına gedəcəyi ilə bağlı yazılan fikirlərə də aydınlıq gətirib:

"Bu cür uydurma söhbətlər çox olacaq. Bizim camaatda, xüsusən də təşkilatın özündə qeybət mədəniyyəti çox yüksəkdir. Bu cür söhbətlər tam əsassızdır. Biz nə edəcəyik, necə olacaq, bunula bağlı hələ ortada bir plan yoxdur. Nə vaxt belə bir plan olsa biz onu ictimaiyyətə açıqlama verəcəyik”. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->