Xəbər lenti

ABŞ Zaporojye AES-də nüvə fəlakəti ilə bağlı Rusiyaya xəbərdarlıq etdi
Dünya 17:12 11.07.2023

ABŞ Zaporojye AES-də nüvə fəlakəti ilə bağlı Rusiyaya xəbərdarlıq etdi

Birləşmiş Ştatlar Rusiya Federasiyasının Zaporojye AES-də nüvə fəlakəti yaradacağı təqdirdə, qaçılmaz məsuliyyətlə bağlı Kremlə xəbərdarlıq edib.

Qaynarinfo Ukrinform-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Miller deyib

O, beynəlxalq ictimaiyyətin Zaporojye AES-dəki nüvə fəlakətinə görə Rusiyanı "mütləq” cavabdehlik daşıyacağını bildirib.

"Biz hesab edirik ki, Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) AES-in bütün hissələrinə tam giriş imkanına malik olmalıdır və Rusiya buna yerindəcə şərait yaratmalıdır”, - o deyib.

Xatırladaq ki, iyunun 22-də Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya ələ keçirdiyi Zaporojye atom elektrik stansiyasında terror aktı senarisini nəzərdən keçirir və "bunun üçün hər şeyi hazırlayıb”.

Nizami Bağırov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->