ABŞ və bir sıra Avropa ölkələrinin silahlı qüvvələrinin rəhbərləri cümə axşamı milli təhlükəsizlik üzrə məsləhətçilərinə Ukraynanın təhlükəsizliyi üçün təminat variantlarını təqdim ediblər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” mənbələrinə istinadən
yazır.
Pentaqonun açıqlamasında qeyd olunub ki, amerikalı və avropalı planlaşdırma üzrə mütəxəssislər müttəfiqlərin milli təhlükəsizlik məsləhətçiləri tərəfindən "müvafiq nəzərdən keçirilməsi” üçün hərbi tədbirlər variantları hazırlayıblar.
ABŞ, Finlandiya, Fransa, Almaniya, İtaliya, Böyük Britaniya və Ukraynanın müdafiə qurumlarının rəhbərləri çərşənbə axşamından cümə axşamına qədər Vaşinqtonda bir neçə görüş keçiriblər. Məsələyə bələd mənbə bildirib ki, ABŞ dövlət katibi Marko Rubio cümə axşamı Avropa həmkarları ilə telekonfrans keçirərək variantları müzakirə edib.
Digər bir amerikalı rəsmidən əldə olunan məlumata görə, Rubio Böyük Britaniyanın milli təhlükəsizlik üzrə məsləhətçisi Conatan Pauell, Avropa Komissiyası prezidentinin aparat rəhbəri Björn Zaybert, NATO baş katibinin aparat rəhbəri Ceffri van Leuveni və Fransada, İtaliyada, Almaniyada, Finlandiyada milli təhlükəsizlik üzrə digər nümayəndələrlə danışıqlar aparıb.
"Reuters”in mənbələrinin məlumatına görə, hələ yekun detallar üzərində iş aparılır, lakin Avropa ölkələri Ukraynanın təhlükəsizlik təminatında iştirak edəcək istənilən qüvvələrin "əsas yükünü” daşıyacaq.
Agentliyin həmsöhbətlərindən biri qeyd edib ki, planlaşdırma işi davam edir və Vaşinqton hələ də "öz rolunun miqyasını müəyyənləşdirir”.
"Reuters”in məlumatına görə, variantlardan biri Avropa qoşunlarının Ukraynaya göndərilməsi və onların üzərində idarəetmə və nəzarətin ABŞ-a verilməsi olub. ABŞ-ın aviasiya dəstəyi isə müxtəlif üsullarla həyata keçirilə bilər – Ukraynaya əlavə HHM sistemlərinin verilməsi və ya Amerika qırıcıları vasitəsilə uçuşsuz zona təmin olunması daxil olmaqla.
Bundan əvvəl ABŞ-ın vitse-prezidenti Cey Di Vens bəyan etmişdi ki, Avropa ölkələri Ukraynanın təhlükəsizlik təminatlarının xərclərinin "əsas yükünü” daşımalı olacaq.
Həmçinin mediada yazılmışdı ki, ABŞ Ukraynanın təhlükəsizlik təminatında yalnız "minimal” rol oynayacaq.
Alpər
Şərhlər