Xəbər lenti

9 ayda mayor rütbəsindən generala qalxdı
Ölkə 20:04 29.01.2026

9 ayda mayor rütbəsindən generala qalxdı

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələr verilib.

"Unikal"ın məlumatına görə, "gömrük xidməti general-mayoru" ali xüsusi rütbəsi verilən şəxslərdən biri Dövlət Gömrük Komitəsi sədrinin müavini Fuad Məmmədovdur.

F.Məmmədov 12 mart 2025-ci ildə DGK sədrinin müavini təyin edilib. O, vəzifəyə təyin ediləndə gömrük xidməti mayoru idi. 

Ötən ilin may ayında isə Fuad Məmmədova gömrük xidməti polkovniki rütbəsi verilib.
--> -->