Xəbər lenti

Məşhur aktyor 8-ci dəfə ata olacaq (FOTO)
Maqazin 16:29 29.01.2026

Məşhur aktyor 8-ci dəfə ata olacaq (FOTO)

57 yaşlı amerikalı müğənni Mark Entoni yenidən ata olmağa hazırlaşır - tezliklə səkkizinci övladı dünyaya gələcək.

Qaynarinfo xəbər verir ki, cütlük "Instagram"da paylaşdığı birgə paylaşımda aktyorun həyat yoldaşı, 26 yaşlı model Nadia Ferreiranın hamiləliyini elan edib. Onlar bu xəbəri bir foto yayımlayaraq üçüncü evlilik ildönümünə həsr edib:

"3-cü ildönümümüz mübarək! Həyat bizə necə böyük bir hədiyyə verir. Tanrı böyükdür. Markito böyük qardaş olacaq".
 


Cütlük həmçinin bildirib ki, onların iki yaşlı oğlu Marko tezliklə böyük qardaş olacaq. Oğlan 2023-cü ilin iyun ayında dünyaya gəlib, cütlüyün Mayamidəki toyundan bir neçə ay sonra.

Bu, Mark Entoninin səkkizinci uşağı olacaq. Müğənninin əvvəlki münasibətlərindən altı uşağı var: Debbi Rosadodan qızı Arianna və oğlu Çeyz, Dayenara Torresdən oğulları Kristian və Rayan, eləcə də Cennifer Lopezlə evliliyindən 17 yaşlı əkizləri Emme və Maksimilian.

Mark Entoni və Nadia Ferreira 2022-ci ilin əvvəllərində görüşməyə başlayıblar, bir neçə ay sonra nişanlanıblar və 2023-cü ilin yanvarında evləniblər. Onların toyunda Devid Bekhem də daxil olmaqla çoxsaylı məşhurlar iştirak ediblər.

Aydın
--> -->