Xəbər lenti

İdman 17:26 01.11.2025

"Zirə" "Karvan"a qalib gəldi

Misli Premyer Liqasının X turunda "Zirə" "Karvan-Yevlax"a qalib gəlib.

Qaynarinfo xəbər verir ki, Şamaxı şəhər stadionunda keçirilən oyun Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektivin 3:2 hesablı üstünlüyü ilə bitib.

Bölgə təmsilçisinin qollarını İmani Barker (29) ilə Kayl Spens (62) vurublar. "Qartallar"ın heyətində isə Brahim Konate (57), Leroy Mikels (74) və Ayron Qomis (87) dəqiq zərbə müəllifi olublar.

"Zirə" 19 xalla turnir cədvəlində ikinci sırada yer alıb. "Karvan-Yevlax" isə 5 xalla onbirincidir.

Qeyd edək ki, turun açılış qarşılaşmasında "Qarabağ" "İmişli"ni iki cavabsız qolla üstələyib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->