Ukraynalı idmançı və aktyor, bir çox digər filmlərdə rol alan sənətçi İvan Kononenko cəbhədə həlak olub. Onun 42 yaşı var idi.
Qaynarinfo xəbər verir ki, kədərli məlumat Ukraynanın Dövlət Kino Agentliyi tərəfindən açıqlanıb. Məlumata görə, İvan bu ilin fevral ayından itkin düşmüş hesab olunurdu. O, Kursk istiqamətində həlak
olub.
"Məlumdur ki, İvan yalnız hərbçi deyildi – müharibədən əvvəl uzun illər kino sənayesində və idman sahəsində çalışırdı. Əfsanəvi Vasıl Virastyukun komandasına daxil idi, onlarla idman yarışlarının mükafatçısı və qalibi olmuşdu, o cümlədən Ukraine Open 2006 Olimp Strongman (Kiyev, 23.04.2006) yarışında iştirak etmişdi”, – məlumatda qeyd olunur.
İvan Kiyevdə doğulub. Ukraynanın Milli Bioresurslar və Təbii İstifadə Universitetində baytarlıq təbabəti fakültəsini bitirib. İdman yarışlarında fəal iştirak edib, daha sonra özünü aktyorluqda sınayıb. Xüsusilə "Xalqın xidmətçisi”, "Birinci qaranquşlar”, "Kölə qadın”, "Kiyev gündüz və gecə” kimi seriallarda və digər ekran işlərində rol alıb.
Tammiqyaslı müharibənin əvvəlində Ukraynanın müdafiəsinə qoşulub. Əvvəlcə paytaxtın Qoloseyev rayonunun Ərazi Müdafiə qüvvələrinə daxil olub, 2022-ci ilin noyabrında isə ağır yara alıb və uzun müddət bərpa olunub. Daha sonra Kononenko Ukrayna Silahlı Qüvvələri ilə kontrakt imzalayıb və baş leytenant rütbəsi alıb.
Alpər
Şərhlər