Elman Eldaroğlu
Çox xarizmatik adamdır. Özünəməxsus hərəkətləri, davranışı, məğrurluğu, dolğun mülahizələri, şux zarafatları, geyim tərzi onun varlığına xüsusi bir gözəllik verir. Çöhrəsindəki nur bu gözəlliyi tamamladığından üz-üzə gələndə qarşındakı insanın şəxsiyyət olduğunun mahiyyətinə varırsan. Ünsiyyətdə həmişə səmimidir. Ruhən müstəqil olduğundan heç vaxt haqq sözü içində məhbus kimi saxlamır. Fikirlərini azad ifadə etmək onun həyat tərzidir. Sədaqəti kimdə gördüsə, mərdliyi, cəsarəti kimdə tapdısa ona etiramla yanaşır...
Güclü müşahidə qabliyyəti var. Gördüklərini incələyib əsərlərə çevirməyi bacarır. Bu istedad ona İlahidən verilib. Rahatlığın nə olduğunu bilmir. Ərsəyə gətirdiyi kitabların sayı kifayyət qədər çoxdur. Elmi əsərlərinə gəldikdə isə hər biri örnək, təcrübə mənbəyidir. Haqqında dörd kitab işıq üzü görüb...
...Ömür-gün yoldaşı Həcər xanım tarix müəllimidir. Oğlu Aqşin kompüter üzrə mütəxəsisdir. Qızı Güntəkin xanım isə psixoloq-pedaqoqdur...
1952-ci ildə Gədəbəy rayonunun İsalı kəndində dünyaya gəlib. 1961-ci ildən Bakıda yaşayır. Əmək fəaliyyətinə fəhləlikdən başlayıb. 1975-ci ildə Аzərbaycan Pedaqoji Universitetin filоlоgiyа fакültəsini bitirəndən sonra təyinatla Sааtlı rаyоnundа müəllim işləyib. 1977-1978-ci illərdə hərbi хidmətdə оlub və ordudan zabit kimi tərxis edilib.
1978-80-ci illərdə Аz.TV-də müхbir, Кinоlаşmа idаrəsində sərəncаmçı dirекtоr, "Аzərbаycаn gəncləri” qəzеtində хüsusi müхbir kimi fəaliyyət göstərib.
1980-84-cü illərdə Аzərbаycаn ЕА Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasında təhsilini davam etdirərək, sоnrакı illərdə еlmi işçi, bаş еlmi işçi və eləcə də fəlsəfə каfеdrаsındа dоsеnt vəzifəsində çalışıb.
Ali Diplomatiya Kollecinin ümumi işlər üzrə prorektoru, Bakı Avrasiya Universitetinin elmi işlər və xarici əlaqələr üzrə prorektoru və kafedra müdiri, habelə müхtəlif illərdə "Mааrifçi” və "Mədəniyyət” qəzеtlərinin bаş rеdакtоru vəzifələrində işləyib.
1985-ci ildə fəlsəfə üzrə nаmizədliк, 1992-ci ildə dокtоrluq dissеrtаsiyаsı müdаfiə еtmişdir. 2002-ci ildə ona Fəlsəfə və Hüquq İnstitunun Еlmi Şurаsının qərаrı ilə fəlsəfə еlmləri dокtоru аdı vеrilib. Onlarla pyеsi müхtəlif dövlət tеаtrlаrındа tаmаşаyа qоyulub. Yazdığı mətnlərə görkəmli bəstəkarlar- Xəyyam Mirzəzadə, Zabitə Məmmədova, Tahir Əkbər, Şahid Əbdülkərimov və b. musiqi bəstələyib.
2019-cu ildə isə "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb...
Onunla cəmi bir dəfə ünsiyyətdə olmuşam. Sumqayıtda, "DünyaTv” teleradio şirkətinin o vaxt yerləşdiyi Qarabağ klubunun qarşısında. Qəlyanına köz basıb maraqlı söhbət edirdi. Müdriklərə xas olan təmkini, iti zəkası, dərin təfəkkürü, məntiqi ifadə etdiyi fikirlərə xüsusi rəng qatırdı...
Azərbaycan mədəniyyətinə yorulmadan xidmət edən bu insana elə o vaxtdan da içimdə xüsusi bir rəğbət var. Onun doğum günü sənədlərdə gah iyun, gah da avqust ayları göstərilsə də əslində fevral ayında dünyaya gəlib. Bəli, haqqında söhbət açdığım Firuz Mustafanın fevralın 18-də 68 yaşı tamam olur, 70-in astanasındadır. Onu bu münasibətlə təbrik edir, Ona möhkəm can sağlığı, firəvan həyat, yaradıcılıq uğurları arzulayıram.
Yeni yaşınız mübarək, Firuz müəllim!
Şərhlər