Xəbər lenti

Yeni icra başçısı haqqında maraqlı faktlar: Türkiyədə təhsil, Ramiz Mehdiyevin yerinə kafedra müdirliyi...
Siyasət 13:11 05.08.2023

Yeni icra başçısı haqqında maraqlı faktlar: Türkiyədə təhsil, Ramiz Mehdiyevin yerinə kafedra müdirliyi...

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinə yeni rəhbər təyin edib. Dövlət başçısının sərəncamı ilə Rəcəb Zakir oğlu Rəhimli bu vəzifəyə təyin olunub.

Qaynarinfo xəbər verir ki, Rəcəb Rəhimli Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri olub. Belə ki, 2020-ci ilin noyabr ayınd Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının ekx-prezidenti Ramiz Mehdiyev Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Akademiyanın Dövlət qulluğu və kadr siyasəti kafedrasının müdiri vəzifəsindən azad edilib. Onun yerinə Dövlət İdarəçilik Akademiyasının "Elmi-Təşkilat” şöbəsinin müdiri olmuş Rəcəb Rəhimli təyin edilib.

Rəcəb Rəhimli Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosentdir. O, bakalavr təhsilini dövlət xətti ilə Türkiyənin Qazi Universitetində, İqtisadiyyat və İdarəetmə Elmləri Fakültəsinin "Dövlət İdarəçiliyi” ixtisası üzrə bitirib.

Rəcəb Rəhimli magistratura təhsilini də dövlət xətti ilə eyni universitetin eyni ixtisası üzrə tamamlayıb.

Yeni icra başçısı doktoranturanı dövlət xətti ilə Ankara Universiteti Siyasət Elmləri Fakültəsinin "Siyasət elmi və dövlət idarəçiliyi” ixtisası bitirib.

Dövlət idarəçiliyi, idarəetmədə və dövlət idarəçiliyində innovasiyalar, dövlət qulluğu, dövlət qulluğunda etik normalar, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi, stratejik idarəetmə, yerli özünüidarəetmə, insan resurslarının idarəedilməsi, siyasi, sosial-iqtisadi və enerji təhlükəsizliyi problemləri, korrupsiya problemi və onun aradan qaldırılma yolları, regional konfliktlər sahələri üzrə tədris-tədqiqatların müəllifidir.

Rəcəb Rəhimli xaricdə və respublikamızda nəşr olunmuş 5 monoqrafiyanın, 3 kollektiv kitabın, Ali məktəblər üçün 1 dərsliyin, 70 elmi məqalənin müəllifi (bunlardan 40-i xaricdə) müəllifi olub.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->