Yaponiyada Novruz bayramı münasibətilə keçirilən tədbir insidentlə yadda qalıb. Belə ki, şəhər dumasının deputatı Yusuke Kavai tədbir zamanı hücuma məruz qalıb.
Hadisə bayram şənliyi çərçivəsində baş verib.
Şahidlərin bildirdiyinə görə, deputata yaxınlaşan şəxs qəfil ona hücum edib. Hadisənin detalları və hücum edən şəxsin kimliyi barədə hələlik rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, Yusuke Kavai Yaponiyada miqrasiya siyasəti ilə bağlı sərt mövqeyiylə seçilir. O, xüsusilə kürd və vyetnamlı miqrantların ölkədən çıxarılması ilə bağlı çağırışlarıyla diqqət çəkirdi.
İlkin ehtimallara görə, baş verən insident deputatın bu çıxışları ilə əlaqəli ola bilər. Lakin hüquq-mühafizə orqanları hadisənin səbəblərini araşdırır.//Musavat.com
Şərhlər