Xəbər lenti

Yağışlar yağır, amma Xəzər quruyur - Səbəb nədir?
Ölkə 18:10 07.01.2025

Yağışlar yağır, amma Xəzər quruyur - Səbəb nədir?

"Yağışlar aramsız yağır, amma qış fəsili də soyuq keçmir. Buxarlanma həddən artıq çox olur". 

Bunu Qaynarinfo-ya açıqlamasında ekoloq Xosrov Musayev Xəzər dənizinin geri çəkilməsinin səbəblərindən danışarkən deyib. 

Ekoloqun fikirincə, bunun səbəbi havaların son dövrlərdə isti keçməsidir:

"Bu buxarlanmaya səbəb olur. Bundan əlavə dənizin qabarma və çəkilməsi məsələsi də var. Bununla bağlı çox böyük araşdırma aparırlar. Adembekyan soyadlı bir erməni araşdırmaçısı var idi, təxminən 1988-1989-cu ildə Bakıya gəlmişdi. Nə qədər vəsait ayırmışdılar ki, Xəzər dənizinin bəzi yerlərdə geri çəkilməsinin, bəzi yerlərdə isə xeyli ərazini su basmasının səbənbini araçdırsın. Amma bunun elmi izahını tapıb ortaya çıxarda bilmədilər".
 


Xosrov Musayev Xəzər dənizinin həddindən artıq geri çəkildiyini qeyd edib:

"Az qala yolun kənarına yaxın idi, indi isə xeyli aralıdadır. Bu onu qidalandıran çaylarda suyun azalması, buxarlanması ilə izah edilir. Bunun bir tərəfi də qlobal istiləşməyə çıxarır. Baxın, bu gün qış havası yoxdur, heç bir yerdə donma müşahidə olunmur, şaxta yoxdur".

Qeyd edək ki, Xəzər dənizinin Astara sahillərində geri çəkilməsi son dövrlərdə daha da aktivləşib.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->