Xəbər lenti

Xiyarın qiyməti niyə bahalaşıb? - Ekspert
Ekonomiks 11:52 05.12.2023

Xiyarın qiyməti niyə bahalaşıb? - Ekspert

Azərbaycanda xiyarın qiyməti kəskin artıb. Bir neçə gün əvvəl bir kiloqramı 0.9-1 manata təklif olunan tərəvəz indi 4-5 manat arasında satışa çıxarılıb.
 
İqtisadçı ekspert Vahid Məhərrəmov Qaynarinfo-ya açıqlamasında xiyarın qiymətinin kəskin şəkildə bahalaşmasının səbəbini bu sahənin monopolistlərin əlinə keçməsi ilə əlaqələndirib:


 
"Tərəvəz satışı inhisarçıların əlindədir. 10 il bundan əvvəl ölkədə istixana üçün böyük vəsaitlər ayrıldı. Həmin vəsaitlər məmurlar və onların yaxın qohumlarına təklif edildi. Onlar böyük istixana obyektləri inşa etdirib və bu gün bazarda qiymətləri onları müəyyən edir”. 
 
Vahid Məhərrəmov deyib ki, onlar heç bir iqtisadi əsas olmadan məhsulların qiymətini artırırlar:

"Çünki bazar onların əlindədir".

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->