Xarkovdakı azərbaycanlılar yaşadıqları dəhşəti danışdılar (VİDEO)
Xarkov vilayəti Ukraynada azərbaycanlıların daha çox yaşadığı bölgələrdəndir.
Müharibə müddətində həmyerlilərimizin bir qismi evlərini tərk etsə də, əksəriyyəti hələ də burada yaşamağa davam edir.
Baku TV-nin Şərqi Avropa bürosunun əməkdaşı Mübariz Aslanov Xarkovda yaşayan azərbaycanlılarla həmsöhbət olub, onların problemləri ilə maraqlanıb. Əslən Azərbaycanın Qax rayonundan olan Yusifovlar ailəsi 30 ildən çoxdur Ukraynada, Rusiya ilə sərhəddə yerləşən Martove qəsəbəsində yaşayırlar. Ailə başçısı İlhan Yusifov uzun müddət daxili işlər orqanlarında müxtəlif vəzifələrdə çalışıb.
Artıq bir neçə ildir təqaüddə olan həmyerlimiz Ukraynada şəxsi biznesini qursa da, müharibə onların da həyatına ciddi təsir göstərib. İ.Yusifovun xanımı Günel Yusifova bildirib ki, müharibə oğluna ağır zərbə vurub:
"Oğlumla evdə tək idik. O vaxt "Vaqner”çilər burada idilər. Övladımı çox sərt döydülər. Bundan sonra uşaq qorxdu, evdən çıxmaq istəmirdi. Övladım qorxudan xərçəng xəstəsi oldu”.
G.Yusifova evlərini tərk etmək istəmədiklərini söyləyib:
"Vaqner”çilərə görə gecələr çətin yatırıq, narahat oluruq. Nə qədər qorxulu olsa da, evimizi tərk etmək istəmirik”.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər