Xəbər lenti

Vüsal Nəsirli onu Səftər İsmayılovun yerinə təyin etdi
Ekonomiks 14:32 21.05.2026

Vüsal Nəsirli onu Səftər İsmayılovun yerinə təyin etdi

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeliyindəki "Avtomobil Yollarının Mühafizə Xidməti" Publik Hüquqi Şəxsə yeni direktor təyin edilib. 

Qaynarinfo-nun məlumatına görə, AAYDA sədri Vüsal Nəsirlinin müvafiq əmri ilə Xidmətin direktoru vəzifəsinə Zaur İbrahimov gətirilib. Publik Hüquqi Şəxsdə rəis sözü direktorla əvəzlənib. 

Xəbəri dəqiqləşdirmək üçün AAYDA-nın mətbuat xidməti ilə əlaqə saxlamaq cəhdlərimiz nəticəsiz qaldı.

Qeyd edək ki, bu ilin fevral ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsindən azad olunan Zaur İbrahimov AAYDA İdarə Heyəti sədrinin inzibati idarəetmə məsələləri üzrə məsləhətçisi təyin olunmuşdu

Xatırladaq ki, Avtomobil Yollarının Mühafizə Xidmətinin rəisi Səftər İsmayılov bir neçə gün əvvəl vəzifəsindən azad olunmuşduMəlumata görə, Xidmətdə aparılan yoxlama zamanı ciddi pozuntular aşkarlanıb. Sözügedən qurumun bir sıra vəzifəli şəxsləri barəsində araşdırmalara başlanılıb.

Aydın
--> -->