Xəbər lenti

Vüsal Nəsirli iki idarə rəisini işdən çıxardı
Ekonomiks 12:20 15.04.2026

Vüsal Nəsirli iki idarə rəisini işdən çıxardı

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) iki idarə rəisi vəzifələrindən azad olunub.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Agentliyin İdarə Heyətinin sədri Vüsal Nəsirli müvafiq əmrlər imzalayıb.

Belə ki, Elşən Cəfərov Nəqliyyat İdarəsinin rəisi vəzifəsindən, Cavanşir Quliyev isə İşlər və Komplektləşdirmə İdarəsinin rəisi vəzifəsindən azad ediliblər.

İqtisadiyyat.az-ın əməkdaşı məlumatın dəqiqləşdirilməsi üçün aprelin 14-də AAYDA-nın mətbuat katibi Anar Nəcəfli ilə əlaqə saxlayıb. A.Nəcəfli xəbəri dəqiqləşdirib məlumat verəcəyini bildirsə də, sonradan mesajlara cavab verməyib və zəngləri açmayıb.

Belə olduğu halda İqtisadiyyat.az-ın əməkdaşı faktın dəqiqləşdirilməsi üçün (012) 599-79-75 nömrəli xüsusi telefon xətti ("Çağrı Mərkəzi”) ilə əlaqə saxlayıb. Çağrı Mərkəzindən hər iki idarə rəisinin işdən çıxdığı təsdiqlənib.


--> -->