Xəbər lenti

ATU-ya yeni mətbuat katibi təyin olundu (FOTO)
Ölkə 13:15 15.04.2026

ATU-ya yeni mətbuat katibi təyin olundu (FOTO)

Azərbaycan Tibb Universitetində yeni kadr təyinatı həyata keçirilib.

Qaynarinfo musavat.com-a istinadən xəbər verir ki, tanınmış jurnalist Həqiqət İsabalayeva universitetin mətbuat katibi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Həqiqət İsabalayeva uzun illər müxtəlif media və dövlət qurumlarında fəaliyyət göstərib. O, bir müddət "Kaspi" gündəlik ictimai-siyasi qəzetində çalışıb. Daha sonra Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsində məsul katib, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində redaktor, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyində isə Maarifləndirmə şöbəsinin müdiri vəzifələrində işləyib.

Son təyinatadək Bakı Mühəndislik Universitetində fəaliyyət göstərən Həqiqət İsabalayeva yeni vəzifəsində ictimaiyyətlə əlaqələrin təşkili və universitetin informasiya siyasətinin həyata keçirilməsinə cavabdeh olacaq.

--> -->