Xəbər lenti

Viktor Orban Aİ-ni tənqid etdi:
Dünya 19:57 07.09.2024

Viktor Orban Aİ-ni tənqid etdi: "Bu, bizim müharibəmiz deyil"

Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Ukraynanın mövqeyinə sadiq qalmaq və ölkəsi ilə heç bir əlaqəsi olmayan müharibəyə müdaxilə etmək Avropa İttifaqının maraqlarına uyğun deyil.

Qaynarinfo xəbər verir ki, baş nazir bu barədə "Corrierre della Sera" qəzetinə danışıb.

"Mən Avropa siyasətini ona görə tənqid edirəm ki, biz öz maraqlarımıza riayət etmək əvəzinə, Ukraynanın mövqelərinə tamamilə sadiqik və bu, bizi münaqişənin dərinliyinə sürükləyir. Bu, Avropa üçün yaxşı deyil, sadəcə olaraq zərərlidir. Münaqişəni dayandırmaq Avropanın maraqlarına cavab verir, lakin biz əksinə, onun tərəflərindən birinə çevrilirik. Bu, bizim müharibəmiz deyil", deyə Orban bildirib.

Baş nazir həmçinin əmindir ki, Avropanın təhlükəsizliyinə Rusiya Federasiyası tərəfindən heç bir təhlükə yoxdur:

"Əgər Avropa bu münaqişənin bir hissəsi olmaq qərarına gəlibsə, Macarıstan bu mövqeyə əməl etməyəcək".

Orban bir gün öncəki çıxışında Ukraynada atəşkəsə nail olunmasını dəstəkləmək üçün güclü beynəlxalq koalisiyanın yaradılmasının tərəfdarı olduğunu bildirib ki, bu, onun fikrincə, nizamlanma yolunda ilk addım olmalıdır. Onun fikrincə, dərhal sülh müqaviləsinə nail olmaq hələ də mümkün deyil.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->