"Bu addım yalnız sanksiyalardan ibarət olmayacaq, həmçinin Rusiya gəmilərinin açıq sularda saxlanılması və müsadirə edilməsini də özündə ehtiva edəcək".
Bunu Qaynarinfo-ya açıqlamasında ReAL Partiyasının sədri Natiq Cəfərli ABŞ prezidenti Donald Trampın Vaşinqtonun arsenalında Rusiyaya qarşı "dağıdıcı" təzyiq vasitələrinin olduğunu barədə səsləndirdiyi fikri şərh edərkən deyib.
Natiq Cəfərli bildirib ki, əslində Trampın Rusiyaya bu xəbərdarlığı onun neft satışlarının tamamilə durdurulması ilə bağlıdır:
"Ümumiyyətlə, Rusiya ixracatının tamamilə durdurulması ilə əlaqədardır. Bu addım tək sanksiyalardan ibarət olmayacaq, həmçinin Rusiya bayrağı altında üzən gəmilərin açıq sularda saxlanılması və müsadirə edilməsini də özündə ehtiva edə bilər. Rusiya vəziyyətin bu hala gəlməsindən çox çəkinir. Vaşinqton belə bir addım atarsa, Rusiyanın ixracatında ciddi problemlər yaşanacaq. Yaranmış vəziyyət isə Rusiyanın gəlirlərinin azalmasına və iqtisadiyyatında daha ciddi problemlərə gətirib çıxaracaq".
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə söhbətində Vaşinqtonun arsenalında Rusiyaya qarşı "dağıdıcı" təzyiq vasitələrinin olduğunu deyib. O bildirib ki, maliyyə baxımından xoşagəlməz şeylər var, onları etmək olar: "Maddi cəhətdən nəsə edə bilərəm. Maliyyə baxımından biz Rusiya üçün çox pis, dağıdıcı işlər görə bilərik".
Rüfət Sultan
Şərhlər