Dövlət Əmək Müfəttişliyi Xidməti Azərbaycan Kooperasiya Universitetinin dosenti Nazim Qənizadəni cərimələyib.
Qaynarinfo xəbər verir ki, Xidmət dosentə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə cərimə yazıb.
192.1-ci maddəyə əsasən, fiziki şəxslər 1000 manatdan 2000 manatadək, vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək, hüquqi şəxslər isə 20 000 manatdan 25 000 manatadək məbləğdə cərimə edilir.
İşin təfərrüatları bəlli deyil. Lakin maddədən aydın olur ki, Nazim Qənizadə əmək qanunvericiliyini pozmaqda ittiham edilir.
Nazim Qənizadə qurumun qərarından məhkəməyə şikayət verib. Onun şikayətinə Nərimanov Rayon Məhkəməsində baxılacaq. Xalidə Əlisoy iş üzrə hakim təyin edilib.
İqtisad elmlər namizədi Nazim Qənizadə Azərbaycan Kooperasiya Universitetinin İqtisadi Nəzəriyyə kafedrasında çalışır.
Sözügedən universitetin rektoru Eldar Quliyevdir. O, həm də II, III, IV, V və VI-cı çağırış Milli Məclisin deputatıdır.
Seyid
Şərhlər