Oktyabrın 9-da Ukrayna Müdafiə Qüvvələri Rusiya Federasiyasının Krasnodar diyarının Oktyabrski kəndi yaxınlığında yerləşən "Şahed”lərin bazasına hücum edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
"Bu gün Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələri vasitələrinin zərbə qrupu Ukrayna Təhlükəsizlik Xidmətinin bölmələri ilə birlikdə Rusiya Federasiyasının Krasnodar diyarında Oktyabrski qəsəbəsinin yaxınlığında yerləşən "Şahed” tipli PUA-ların saxlandığı bazaya hücum edib”, - məlumatda deyilir.
Mövcud məlumata görə, orada 400-ə yaxın hücum pilotsuz təyyarəsi saxlanılıb. Obyektiv nəzarətin nəticələrinə əsasən hədəfə dəqiq vurulma qeydə alınıb. Hadisə yerində ikinci dərəcəli partlayış olub.
Baş Qərargah qeyd edir ki, "Şahed” PUA-nın anbar bazasının məhv edilməsi rus işğalçılarının Ukrayna şəhər və kəndlərində dinc əhaliyə qarşı terror etmək imkanlarını xeyli azaldacaq.
Qeyd edək ki, Rusiya Federasiyasının Krasnodar diyarı və Bryansk vilayətinin qubernatorları oktyabrın 9-na keçən gecə bildiriblər ki, onların bölgələri pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb, onlar vurulub, dağıntılar isə cüzi ziyana səbəb olub.
Rusiya Müdafiə Nazirliyi oktyabrın 9-na keçən gecə hava hücumundan müdafiə qüvvələrinin Rusiya Federasiyası ərazisi və Azov dənizi üzərində 47 Ukrayna pilotsuz təyyarəsinin vurulduğunu bildirib.
Hərbi jurnalistlərə görə, 2024-cü ilin sentyabr ayı Rusiya kamikadze pilotsuz təyyarələrinin gündəlik hücumlarının baş verdiyi ilk ay olub.
Alpər
Şərhlər