Xəbər lenti

Ukrayna ordusu daha bir yaşayış məntəqəsini azad etdi
Dünya 09:25 20.05.2022

Ukrayna ordusu daha bir yaşayış məntəqəsini azad etdi

Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətində daha bir yaşayış məntəqəsini Rusiya hərbçilərindən azad edib.

Qaynarinfo Unian-a istinadən xəbər verir ki, bu barədə Donetsk vilayət hərbi administrasiyasının rəhbəri Pavel Kirilenko bildirib.

"Ukrayna Silahlı Qüvvələri Rusiya işğalçılarını bir yaşayış məntəqəsindən sıxışdırıblar. İşğalçılar Baxmuta gedən əsas yollardan birini kəsməyə cəhd etdilər, lakin məğlub oldular”, deyə Pavel Kirilenko bildirib.

Onun sözlərinə görə, dünən, mayın 19-da Avdeyevka, Oçeretovskaya, Marinka, Krasnoqorovka, Toretsk düşmənin atəşinə məruz qalıb:

"Düşmənin hərəkət etdiyi yaşayış məntəqələrindən biri də azad edilib. Ona görə də şiddətli döyüşlər davam edir, bu, çox çətindir. İnsanlar təxliyə olunmalıdır ki, ərazimizi azad etməyimiz daha asan olsun".


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->