Xəbər lenti

Ukrayna Donetsk vilayətində daha bir kəndi azad etdi (VİDEO)
Dünya 10:46 08.09.2025

Ukrayna Donetsk vilayətində daha bir kəndi azad etdi (VİDEO)

Ukrayna Müdafiə Qüvvələri Donetsk vilayətində daha bir yaşayış məntəqəsini azad ediblər. 

Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının teleqram kanalında məlumat yayılıb.

Məlumatda qeyd olunur ki, Zareçnoye kəndi azad olunub. Ukrayna bayrağını burada 425-ci ayrı hücumçu "Skala” alayının döyüşçüləri ucaldıblar.

"425-ci ayrı hücumçu "Skala” alayının qüvvələri ilə Donetsk vilayətində Zareçnoye kəndi tamamilə nəzarətə götürülüb”, – Baş Qərargahdan bildirilib.

Yayımlanan videoda yarıuçuq bir binanın fonunda Ukrayna döyüşçülərinin bayraq tutduqları görünür.

UNİAN-ın daha əvvəl yazdığı kimi, sentyabrın 2-də məlum olub ki, Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin Pokrovsk yaxınlığında yerləşən Udaçnoye qəsəbəsini azad ediblər. Bu yaşayış məntəqəsində də bayraq "Skala” alayının hücumçuları tərəfindən qaldırılıb. Udaçnoye Pokrovskdan cənub-qərbdə, Donetsk və Dnepropetrovsk vilayətlərinin sərhədi yaxınlığında yerləşir.

Bundan əvvəl, sentyabrın 1-də Baş Qərargah xəbər vermişdi ki, Müdafiə Qüvvələri Donbasın Pokrovsk rayonunda yerləşən Novoekonomiçeski qəsəbəsini azad ediblər. Bu yaşayış məntəqəsini də "Skala” alayının döyüşçüləri işğaldan təmizləyiblər. Ukrayna bayrağı avqustun 31-də burada qaldırılıb.

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski bəyan edib ki, avqust ayında Ukrayna iki istiqamətdə itirdiyindən beş dəfə çox ərazini geri qaytarıb. Belə ki, Müdafiə Qüvvələri ay ərzində 26 kv. km Ukrayna torpağını nəzarətə götürüb, 5 kv. km isə itirib. Söhbət Pokrovsk və Dobropol istiqamətlərindən gedir.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->