Xəbər lenti

Ukrayna ABŞ silahlarının köməyi ilə Rusiyann Xarkov istiqamətində irəliləməsini dayandırıb
Dünya 16:17 22.05.2024

Ukrayna ABŞ silahlarının köməyi ilə Rusiyann Xarkov istiqamətində irəliləməsini dayandırıb

Ukrayna Silahlı Qüvvələri (USQ) Rusiya ordusunun Xarkov vilayətinin şimalındakı hücumunu başlayandan bir həftə yarım sonra dayandıra bilib.

Qaynarinfo xəbər verir ki, bu barədə açıq məlumatların təhlili üzrə ekspert Yulian Röpke "Bild"ə bildirib.

Onun sözlərinə görə, iki əsas istiqamətdə Rusiya ordusu faktiki olaraq dayanıb. Beləliklə, Liptsi istiqamətində onlar hücumun ilk üç günündə tutduqları eyni sərhəd kəndlərində qalırlar. Həmçinin, Volçansk uğrunda döyüşlər davam etsə də, şəhər ərazisində praktiki olaraq heç bir irəliləyiş yoxdur.

Röpke deyir ki, Ukrayna qüvvələri may ayında Ukraynaya gəlməyə başlayan yeni ABŞ silahlarının köməyi ilə Rusiyanın irəliləyişini dayandıra bilib. Xüsusilə, Ukrayna Silahlı Qüvvələri GLSDB bombalarından, "Javelin” tank əleyhinə raket sistemlərindən və 155 mm-lik artilleriya mərmilərindən fəal şəkildə istifadə edir. Cəmi bir gündə, mayın 20-də Rusiya silahlı qüvvələri Ukraynada 67 zirehli texnikasını itirib. Ekspertin fikrincə, Rusiya komandanlığı intihar hücumlarına əsgər göndərməkdə davam edir.

Rusiya ordusunda irəliləyişin olmaması Müharibə Tədqiqat İnstitutunda (ISW) də qeyd edilib. Hərbi analitiklər bildirirlər ki, mayın 21-dən etibarən Xarkov istiqamətində hücum impulsu faktiki olaraq yoxa çıxıb. 

Ümumilikdə, ISW-nin məlumatına görə, 11 günlük hücum əməliyyatı ərzində Rusiya hərbçiləri Xarkov istiqamətində maksimum 10 kilometr, Volçansk istiqamətində isə 7 kilometr irəliləyə bilib.

Bir gün əvvəl "The Economist” Rusiyanın Xarkovu qismən mühasirəyə alması planını dərc edib. Sənədə əsasən, əməliyyat mayın 15-16-da başlamalı idi, lakin naməlum səbəblərdən daha erkən tarixdə - mayın 10-da başlayıb. Xarkovdan şərqdə yerləşən Peçeneq su anbarı ərazisində hücum üçün iki istiqamət seçilib.

Qərb istiqamətində rusiyalı hərbçilər 72 saat ərzində Borşevaya kəndinə çatmalı idi. "The Economist” yazır ki, bu ərazidə Rusiya qüvvələri Ukrayna Silahlı Qüvvələrinin sürətlə yerləşdirilən 92-ci briqadası tərəfindən dayandırılıb. Şərq istiqamətində Rusiyanın planı Volçanskın cənubunda yerləşən Peçeneq şəhərinə çatmaq idi.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->