Xəbər lenti

UEFA
İdman 15:32 01.09.2024

UEFA "Qarabağ"ın rəqibini cərimələdi

UEFA "Qarabağ"ın Avropa Liqasının Liqa mərhələsində rəqiblərindən olan "Malmö" klubunu cərimələyib.

Qaynarinfo-nun  xəbərinə görə, buna İsveç təmsilçisinin evdə Çexiyanın "Sparta" komandasına qarşı keçirdiyi Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçında yaşananlar səbəb olub.

Azarkeşlər sözügedən qarşılaşmada pirotexniki vasitələrdən istifadə ediblər. "Malmö" buna görə 38 000 avro ziyana düşüb.

Qarşılaşma Skandinaviya klubunun məğlubiyyəti ilə bitib - 0:2. Cavab görüşündə də eyni hesabla uduzan ölkə çempionu Çempionlar Liqası ilə vidalaşıb.

"Qarabağ" bu komanda ilə oyununu oktyabrın 3-də, saat 20:45-də Bakıda keçirəcək.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->