Xəbər lenti

Tramp Maduronun ələ keçirilməsi əməliyyatının detallarını açıqladı
Dünya 19:23 03.01.2026

Tramp Maduronun ələ keçirilməsi əməliyyatının detallarını açıqladı

ABŞ prezidenti Donald Tramp "Fox News” telekanalına müsahibəsində Venesuela prezidenti Nikolas Maduronun ABŞ xüsusi təyinatlıları tərəfindən ələ keçirilməsi əməliyyatı ilə bağlı detallar açıqladığını bildirib.

Qaynarinfo xəbər verir ki, Trampın sözlərinə görə, Maduro saxlanılmadan əvvəl "qala” adlandırılan məkanda olub. "Associated Press”in məlumatına əsasən, Venesuela prezidenti hərbi bazada yerləşən iqamətgahında olub.

ABŞ prezidenti qeyd edib ki, Maduronun ələ keçirilməsi əməliyyatı bir neçə dəfə təxirə salınıb və ilkin olaraq bir neçə gün əvvəl planlaşdırılıb. Onun sözlərinə görə, əməliyyatın ertələnməsinə hava şəraitinin uyğun olmaması səbəb olub.

Donald Tramp əməliyyatda iştirak edən hərbçilər arasında yaralananların olduğunu, lakin ABŞ tərəfdən həlak olanların qeydə alınmadığını vurğulayıb.

Trampın sözlərinə görə, saxlanıldıqdan sonra Nikolas Maduro və həyat yoldaşı ABŞ-ın "Iwo Jima” adlı desant gəmisində saxlanılır və Nyu-Yorka aparılacaqlar. O, onların helikopterlərlə gətirildiyini də qeyd edib.

ABŞ prezidenti həmçinin bildirib ki, əməliyyatdan təxminən bir həftə əvvəl Nikolas Maduro ilə danışıb və onu "təslim olmağa” çağırıb.
 
Aydın
--> -->