Xəbər lenti

Kanadada sorğu: 57% ölkənin Avropa İttifaqına üzvlüyünü dəstəkləyir
Dünya 13:32 13.04.2026

Kanadada sorğu: 57% ölkənin Avropa İttifaqına üzvlüyünü dəstəkləyir

Kanadada aparılan yeni ictimai rəy sorğusu ölkənin Avropa İttifaqına (Aİ) mümkün üzvlüyü ilə bağlı maraqlı nəticələr ortaya çıxarıb.

Qaynarinfo-nun "The Globe and Mail”ə istinadən  məlumatına görə, "Nanos Research” adlı ictimai rəy araşdırma şirkəti 31 mart – 4 aprel tarixlərində 1099 Kanada vətəndaşı arasında sorğu keçirib.

Sorğunun nəticələrinə əsasən, iştirakçıların 57%-i Kanadanın Aİ-yə üzvlüyünü dəstəklədiyini, 32%-i isə bu fikrə qismən və ya tamamilə qarşı olduğunu bildirib. Respondentlərin qalan hissəsi isə mövzu ilə bağlı fikir bildirməyib.

Eyni zamanda, sorğu iştirakçılarının 84%-i Avropa İttifaqı ilə iqtisadi əlaqələrin gücləndirilməsini "gələcəyə yönəlmiş ən ümidverici seçim” kimi qiymətləndirib.
 
Günay
--> -->