ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkə hesabında Venesuela prezidenti Nikolas Maduronun Amerikanın "İvo Jima" gəmisində çəkilmiş şəklini paylaşıb.
Qaynarinfo xəbər verir ki, Tramp "Nikolas Maduro "USS Iwo Jima" gəmisində", - yazıb.
Fotoda Maduronun boz rəngli idman kostyumu və qulaqlıq taxdığı görünür. Onun əlində plastik şüşə var. Gözləri isə qara maska ilə örtülüb.
Ehtimal ki, Maduronun əli qandallıdır və çox güman ki, onun yanında üzü görünməyən başqa bir adam dayanıb.
Şərhlər