Dünyanın ən böyük adası olan Qrenlandiya tezliklə beynəlxalq uçuşlar üçün yeni hava limanına sahib olacaq.
Qaynarinfo xəbər xəbər verir ki, yeni hava limanı ilə bağlı məlumatı "Express" yayımlayıb.
Adanın 80%-i buzla örtülüb və burada şimal işıqlarını izləmək üçün ideal şərait mövcuddur.
Yeni zolaq və beynəlxalq uçuşlar
Nuuq şəhərində yerləşən yenilənmiş hava limanı 2000 metrlik xüsusi uçuş-enmə zolağına malikdir. Bu, beynəlxalq istiqamətlərdən gələn böyük təyyarələrin enişini mümkün edəcək.
Əvvəllər hava limanının uçuş-enmə zolağı cəmi 950 metr idi, bu da infrastrukturun inkişafını və beynəlxalq uçuşların təşkilini məhdudlaşdırırdı.
2025-ci ilin yayında Nuuqdan ABŞ, Kanada, İslandiya və Danimarkaya birbaşa uçuşlar başlayacaq. Bu, Qrenlandiyanın ilk dəfə bu ölkələrlə birbaşa hava əlaqəsinə sahib olacağı anlamına gəlir. Ancaq Böyük Britaniyaya uçuşlar hələlik mümkün olmayacaq, çünki Qrenlandiya ilə bu ölkə arasında birbaşa aviaəlaqə yoxdur.
Müntəzəm reyslərin qrafiki
* 3 mart 2025: Reykyavik Keflavik hava limanına həftədə iki dəfə uçuş.
* Kopenhagen hava limanına: Həftədə beş reys.
* Danimarkanın Billund və Olborq hava limanlarına: Birbaşa uçuşlar.
* 15 iyun 2025: Nyu-Yorka həftədə iki dəfə birbaşa uçuşlar, bu reyslər "United Airlines" tərəfindən həyata keçiriləcək.
Nəşr xatırladıb ki, Nuuk Qrenlandiyanın paytaxtıdır, lakin kifayət qədər kiçik şəhərdir, ona görə də oraya daha çox reyslərin açılması üçün müəyyən vaxt lazım olması təəccüblü deyil.
Qrenlandiya Hava Limanları Şirkətinin baş direktoru Yens Lauridsen bunu tarixi bir hadisə kimi qiymətləndirib:
"Bu, ölkə üçün yeni imkanlar dünyası açacaq. İlk dəfə paytaxtla Atlantik okeanını birləşdirən birbaşa reyslər həyata keçiriləcək. Təsəvvür edin ki, səhər Nuuqdan uçub, axşam Parisdə Fransız mətbəxinin dadını çıxarırsınız. Bu, Qrenlandiya üçün yeni bir dövrün başlanğıcıdır".
Aydın
Şərhlər