"TikTok" rəhbərliyi Çinin ana şirkəti "ByteDance"dən spin-off yaratmağı düşünür. Buna səbəb ABŞ-ın milli təhlükəsizlik üçün risklərlə bağlı qorxuları olub.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən
yazır.
"TikTok"un "ByteDance"dən ayrılması "son çarə" hesab olunur və yalnız digər addımlar ABŞ hakimiyyətini qane etmədikdə atılmalıdır. "TikTok" indi xarici investisiya komitəsinin baxışından keçməyə və ABŞ-da yerləşən "Oracle Corp"u istifadəçi məlumatlarını ABŞ-da yerləşdirmək və proqram təminatını nəzərdən keçirmək üçün cəlb etməyə razılaşıb.
Bundan əlavə, şirkət ABŞ hökuməti tərəfindən təsdiq edilmiş üç nəfərdən ibarət müşahidə şurasını təqdim edəcək.
Alpər
Şərhlər