Xəbər lenti

İdman 10:47 17.12.2025

"The Best": Ayxan Abbasov və Emin Mahmudov kimlərə səs verib?

FIFA-nın təşkil etdiyi ilin ən yaxşı futbolçusu və məşqçisi seçimində kimin kimə səs verməsi məlum olub.

Qaynarinfo xəbər verir ki, ölkəmizi səsvermədə təmsil edən milli komandamızın baş məşqçisi Ayxan Abbasov və komandanın kapitanı Emin Mahmudovun da seçimi müəyyənləşib.

Mövsümün futbolçusu

- Ayxan Abbasov: Əşrəf Hakimi (1-ci yer), Kilian Mbappe (2-ci yer), Məhəmməd Salah (3-cü yer)
- Emin Mahmudov: Kilian Mbappe (1-ci yer), Osman Dembele (2-ci yer), Lamin Yamal (3-cü yer)

Mövsümün baş məşqçisi

- Ayxan Abbasov: Luis Enrike (1-ci yer), Arne Slot (2-ci yer), Mikel Arteta (3-cü yer)
- Emin Mahmudov: Luis Enrike (1-ci yer), Enzo Mareska (2-ci yer), Arne Slot (3-cü yer)

Mövsümün qapıçısı

- Ayxan Abbasov: Canluici Donnarumma (1-ci yer), Manuel Noyer (2-ci yer), Yann Zommer (3-cü yer)
- Emin Mahmudov: Canluici Donnarumma (1-ci yer), Tibo Kurtua (2-ci yer), Alisson Bekker (3-cü yer)

Qeyd edək ki, səsvermənin yekununda Osman Dembele (Fransa) 50 səslə 1-ci, Lamin Yamal (İspaniya) 39 səslə 2-ci, Kilian Mbappe (Fransa) 35 səslə 3-cü olub. PSJ-nin baş məşqçisi Luis Enrike 2025-ci ilin ən yaxşı məşqçisi seçilib.

 

 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->