Xəbər lenti

Təyyarələr niyə arxalarında ağ izlər buraxır? - Az adamın bildiyi gizli təhlükə
Dünya 19:53 29.10.2025

Təyyarələr niyə arxalarında ağ izlər buraxır? - Az adamın bildiyi gizli təhlükə


Müasir reaktiv təyyarələr artıq gündəlik mənzərədir. İnsanlıq hava nəqliyyatı sahəsində uzun bir yol qət edib. Bu gün səmalarda ən müasir qırıcılar uçur, kommersiya təyyarələri isə hər gün milyonlarla sərnişini daşıyır. Lakin hamı reaktiv təyyarələrin necə işlədiyini və onların fəaliyyətinin hansı yan təsirlər yaratdığını yaxşı başa düşmür.

Qaynarinfo xəbər verir ki, bunu "SlashGear" yazıb. 

Ən çox təəccüb doğuran məqamlardan biri təyyarənin arxasında səmada görünən ağ xətlərdir. Bu xətlər "kondensasiya izləri" və ya "kontrreyl" (ingiliscə condensation trails) adlanır. Onlar reaktiv yanacağın yanması zamanı əmələ gələn su buxarının yüksək hündürlükdə və aşağı temperaturda buz kristallarına çevrilməsi nəticəsində yaranır.

Ümumiyyətlə, kontrreyllər insanlar üçün təhlükə yaratmır, baxmayaraq ki, bəzi məşhur "kimtreyl" nəzəriyyələrinə görə, guya bu izlərdə sağlamlığa zərərli kimyəvi maddələr və ya metallar var. Bu iddiaların elmi əsası yoxdur.

Bununla belə, kontrreyllər "stels" tipli – yəni radardan gizlənmək üçün nəzərdə tutulan təyyarələr üçün problem yaradır, çünki bu izləri gizlətmək mümkün deyil. Həmçinin onların ekoloji təsiri də mövcuddur.

Kondensasiya izləri, özləri insan üçün təhlükəsiz olsa da, Yer atmosferinə təsir göstərir. ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyinin (EPA) məlumatına görə, kontrreyllər ümumi buludluluğu artırır və bu, planetin temperaturuna təsir edir.

Bu süni buludlar günəş şüalarının bir hissəsini əks etdirir, lakin eyni zamanda Yer səthindən ayrılan istiliyi saxlayır, nəticədə istiləşmə baş verir. Temperaturdan asılı olaraq, bəzi izlər tez dağılır, digərləri isə uzun müddət səmalarda qalır. Onların çoxluğu iqlimə uzunmüddətli təsir göstərə bilər.

Reaktiv yanacağın yanması zamanı atmosferə əsasən karbon qazı (CO₂) buraxılır. Bu qaz atmosferdə istiliyi saxlayaraq "istixana effekti" yaradır və qlobal istiləşməyə səbəb olur. Hesablamalara görə, aviasiya bütün süni CO₂ emissiyalarının təxminən 2,5 faizinə cavabdehdir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->