"Azərbaycan və Türkiyə beynəlxalq məsələlərdə daim eyni mövqedən çıxış edirlər".
Qaynarinfo xəbər verir ki, bu sözləri Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Cümhuriyyətinin yaranmasının 102-ci ildönümünə həsr olunmuş təntənəli mərasimdə çıxışında deyib.
"Türk dövlətləri təşkilatında ölkələrimizin birgə fəaliyyəti Türk birliyinin güclənməsinə dəyərli töhfəmizdir. 44 günlük müharibədə Türkiyənin bizim yanımızda olmasını xalqımız heç bir zaman unutmayacaq", - Sahibə Qafarova bildirib.
Türkiyənin prezidenti Rəcəb Tayyip Ərdoğan başda olmaqla bütün Türkiyənin verdiyi siyasi və mənəvi dəstəyin Azərbaycan torpaqlarının işğalına son qoyulmasında önəmli rol oynadığını qeyd edən spiker bu gün Türkiyənin Qarabağda həyata keçirilən bərpa quruculuq işlərində də, bütün digər məsələlərdə Azərbaycanın yanında olduğunu bildirib.
"Əminliklə söyləmək olar ki, Azərbaycanla Türkiyənin birliyi qarşıdakı illərdə xalqlarımıza yeni-yeni uğurlar gətirəcəkdir", - Milli Məclisin spikeri vurğulayıb.
Şərhlər