Təmirə bağlanacaq Bakı dairəvi yolunda işlər nə vaxt bitəcək? (VİDEO)
Bakı dairəvi yolunun çat əmələ gələn hissəsi təmir edilir.
İşlər Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları tərəfindən görülür. Bu səbəbdən də Bakı Beynəlxalq Avtovağzal Kompleksi yaxınlığında yol ötürücüsünün üstündə hərəkət qismən məhdudlaşdırılıb.
Qurumun mətbuat katibi Anar Nəcəfli deyir ki, həmin ərazidə təmirə ciddi ehtiyyac var idi. Avtomobillərin rahat və maneəsiz hərəkətini təmin etmək üçün bu işlər görülür.
Yol tam qaşınıb kənara daşındıqdan sonra asfaltlanma işlərinə başlanacaq. Ərazidə iki qat asfaltın vurulması planlaşdırılır.
Ən son mərhələdə yolda cizgi və üfiqi nişanlama xətləri çəkiləcək.
Sürücülərə qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər