Tacikistanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi Moskvada "Crocus City Hall”da törədilən terror aktında şübhəli bilinən şəxslər və İŞİD qruplaşması ilə əlaqəli olan 9 nəfəri saxlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” məlumat
yayıb.
Agentliyin mənbəsi bildirib ki, doqquz nəfərin hamısı bazar ertəsi Vəhdat şəhərində saxlanılaraq paytaxt Düşənbəyə aparılıb.
Rusiya müstəntiqləri "Crocus” hücumunda şübhəli bilinən 4 nəfərin ailələrini dindirmək üçün bu həftə Tacikistana gəliblər. Ailələr Düşənbəyə Vəhdət və Hisar şəhərlərindən, həmçinin Rudəki rayonundan gətirilib.
Xatırladaq ki, martın 22-də "Piknik” rok qrupunun konserti başlamazdan əvvəl naməlum şəxslər Moskvanın MKAD ərazisində yerləşən 6200 nəfərlik "Crocus City Hall”a soxularaq insanlara atəş açıb və binanı yandırıblar.
Son məlumatlara görə, terror aktında azı 144 nəfər ölüb. Hücuma görə məsuliyyəti İslamçı İŞİD qruplaşması öz üzərinə götürüb. Rusiyada terror aktını törətməkdə şübhəli bilinərək, Tacikistan və Qırğızıstanda doğulmuş 11 nəfər saxlanılıb.
Nizami Bağırov
Şərhlər