Suriya rəsmiləri qismən hər iki ölkənin iddia etdiyi işğal olunmuş ərazilərə ölümcül zərbə endirilməsi nəticəsində yaranan regional gərginliyin artması fonunda İsrailə yeni xəbərdarlıq edib.
Qaynarinfo bu barədə "Newsweek"ə istinadən xəbər verir.
"Onlarla uşaq və yeniyetmənin ölümünə səbəb olan hücum keçən ayın sonunda Qolan təpələrinin 1967-ci ildən İsrailin nəzarəti altında olan, lakin Suriyanın beynəlxalq səviyyədə tanınan bir hissəsi olaraq qalan, əsasən ərəblərin çoxluq təşkil etdiyi druzların yaşadığı Məcdəl Şəms şəhərində baş verib. İsrail Livanın "Hizbullah" hərəkatına hücuma görə məsuliyyəti öz üzərinə götürdü və keçən həftə Beyrutun cənubunda iki uşaqla birlikdə yüksək rütbəli hərbi lider Fuad Şükrün öldürülməsi ilə cavab verdi", deyə nəşr yazır.
Bu arada "Hizbullah" Məcəl Şəmsdəki hücuma görə məsuliyyəti rədd edib və İsrail-Livan sərhədində artan toqquşmalar və Qəzza zolağında İsrail ilə Fələstinin HƏMAS hərəkatı arasında davam edən müharibə fonunda Şükrünün öldürülməsinin qisasını alacağına söz verib.
"Newsweek"in əldə etdiyi bəyanatda Suriyanın BMT-dəki missiyası bildirib ki, ölkə Məcdəl Şəms hadisəsi ilə bağlı İsrailin iddialarını qəti şəkildə rədd edir və 10-da HƏMAS-a dəstək verən İranla əlaqəli Müqavimət Oxunun üzvü "Hizbullah"ın mövqeyini müdafiə edir.
"Suriya Ərəb Respublikası Suriyanın Məcdəl Şəms şəhərində baş vermiş, on iki suriyalı uşağın şəhid olması və digərlərinin yaralanması ilə nəticələnən dəhşətli cinayəti pisləyir və İsrail işğalının bu günahkar hücuma görə məsuliyyət daşıdığını təsdiqləyir. İsrailin işğalçı hakimiyyət orqanları başqa tərəfləri yalandan ittiham edir və region ölkələrinə hücumlarını davam etdirmək üçün bəhanə axtarırdılar", deyə Suriya missiyasının bəyanatında qeyd edilir.
Həmçinin İrandan HƏMAS-ın siyasi büro rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsindən qisas alacağı təhdidləri fonunda Suriya missiyası xəbərdarlıq edib ki, "İsrailin işğalçı hakimiyyətləri" regionda hər hansı gərginlik və onun nəticələrinə görə tam məsuliyyət daşıyır.
Eyni zamanda, Suriya nümayəndə heyəti "Newsweek"ə verdiyi bəyanatda Vaşinqtonu tənqid edərək, işğal edilmiş Suriya Ərəb Qolanının Birləşmiş Millətlər Təşkilatının bütün müvafiq qətnamələri, xüsusən də BMT-nin 497 saylı qətnaməsi ilə təsdiqləndiyi kimi Suriya ərazisi olduğunu və belə qalacağını vurğulayıb. 1981-ci il sənədi İsrailin mübahisəli bölgə üzərində suverenliyinin tanınmasını inkar edir.
"Suriya vurğulayır ki, Qolan əhalisi Suriya xalqının ayrılmaz hissəsi olub və qalacaq. Onıar Suriya ərəb vətəndaşlarıdır və öz vətənləri Suriyaya və onun milli kimliyinə sadiq qalırlar, İsrailin işğalını rədd edir və onlara qarşı cinayət əməllərinin bitməsini və dayandırılmasını səbirsizliklə gözləyirilər", deyə Suriya missiyası bildirib.
Aydın
Şərhlər