Xəbər lenti

Sumqayıtda avtobus palçıqlı yolda batdı (VİDEO)
Video 09:34 11.12.2025

Sumqayıtda avtobus palçıqlı yolda batdı (VİDEO)

Bir neçə gündür yağan aramsız yağışlar Sumqayıtda da fəsadlar törədib.

Qaynarinfo "Qafqazinfo”ya istinadən xəbər verir ki, yağışda sonra şəhərin İnşaatçı qəsəbəsində nəqliyyat vasitələrinin qazıntı aparılmış yolda batmasını əks etdirən görüntülər yayılıb.

Bildirilib ki, qəsəbədəki 9 saylı orta məktəbin qarşısındakı yolda "İsuzu” markalı marşrut avtobusu və yük avtomobili batıb.

Batan nəqliyyat vasitələrini çıxarmaq üçün əraziyə texnika cəlb edilib.

Görüntüləri təqdim edirik:

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->