Xəbər lenti

İdman 23:40 05.04.2026

"Fənərbağça" "Beşiktaş"ı penalti qolu ilə məğlub etdi

Türkiyə Super Liqasında XXVIII tur davam edir.

Apasport.az xəbər verir ki, bu gün İstanbul derbisi baş tutub.

"Fənərbağça" "Beşiktaş"ı qəbul edib. Oyunun ilk hissəsi qolsuz keçib.

İkinci yarıda meydan sahibləri üstün oynayıb. Matçın əsas vaxtına artırılan 11-ci dəqiqədə "qara qartal"ın qapısına penalti təyin olunub. Kerem Aktürkoğlu həlledici məqamda dəqiq oynayıb - 1:0.

Bununla da, xallarının sayını 63-ə çatdıran "Fənərbağça" ikinci pilləyə qayıdıb. Komanda "Qalatasaray"la xal fərqini 1-ə endirib.
--> -->