Xəbər lenti

Su altında toy - Səudiyyədə ilk dəfə...
Dünya 20:17 21.10.2024

Su altında toy - Səudiyyədə ilk dəfə...

Səudiyyə Ərəbistanında ilk dəfə olaraq Qırmızı dənizdə cütlük su altında evlənib.

Qaynarinfo xəbər verir ki, bu barədə NDTV məlumat yayıb.

Yerli mətbuatın məlumatına görə, Həsən Əbu Əl-Ola və nişanlısı Yasmin Daftardar Ciddə sahillərində Qırmızı dənizdə su altında nikah üzüklərini dəyişdirən və nikahlarını rəsmiləşdirən ilk cütlüklərdən biri olub.

Mərasim kapitan Faysal Flembanın rəhbərlik etdiyi yerli "Saudi Divers" dalğıc qrupunun dəstəyi sayəsində mərcan rifləri arasında baş tutub. Toy proqramı ilə yanaşı, komanda sualtı şənlik də hazırlayıb.

"Bu, unudulmaz bir təcrübə idi", deyə Həsən Əbu Əl-Ola bildirib.

Aktiv dalğıclıqla məşğul olan cütlük başqalarını da Səudiyyə Ərəbistanında sualtı növləri kəşf etməyə ruhlandırmağa və ölkədə turizmin inkişafına töhfə verməyə çağırıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->