Xəbər lenti

Stilist insanın daxili gərginliyini azaldan rəngləri açıqladı
Dünya 08:15 25.03.2026

Stilist insanın daxili gərginliyini azaldan rəngləri açıqladı

Stilist və "Emse" brendinin dizayneri Mariya Starikova bəzi rənglərin insanın emosional vəziyyətinə müsbət təsir göstərdiyini bildirib.

Qaynarinfo xəbər verir ki, o, bu barədə gazeta.ru-ya açıqlamasında danışıb.

Onun sözlərinə görə, açıq mavi rəng daxili gərginliyi azaltmağa kömək edir: "Açıq mavi rəng insanda genişlik hissi yaradır. Tünd mavi ilə müqayisədə daha yumşaq qəbul edilir, eyni zamanda strukturu qoruyur. İnsanlar bu rəngi çox vaxt instinktiv olaraq seçirlər, xüsusilə də daxili gərginliyi azaltmaq istəyəndə. Bəzən isə bu rəng daha rəsmi geyimlərdə, məsələn, klassik kostyumlarda da istifadə olunur və insana sərtlik olmadan özünəinam hissi verir".

Daha sürətli özünəinam hissi üçün Starikova qırmızı rəngi tövsiyə edib. Onun sözlərinə görə, qırmızı rəng diqqəti cəmləməyə kömək edir və əlavə aksessuar tələb etmir. Bu rəngdə sadə bir paltar, şərf, beret və ya dəri əlcəklər kifayət edə bilər.

Stilist sabitlik hissi üçün zeytun rəngini məsləhət görüb: "Zeytun rəngi sabitlik və sakitlik hissi yaradır. Bu rəng diqqəti çox çəkmir, lakin ümumi görünüşə möhkəm və balanslı fon verir. Xüsusilə ekodəri materiallarda istifadə edildikdə, məsələn, ətək və ya şalvarda, daha fərqli təsir bağışlayır və rahatlıq hissi yaradır".

Starikova bu yaz mövsümündə denim rənginə də diqqət yetirməyi tövsiyə edib. Onun fikrincə, denim artıq yalnız baza rəngi deyil, müstəqil stil elementinə çevrilib və silueti vurğulayan geyimlərdə istifadə oluna bilər.

Bundan əlavə, mütəxəssis toz çəhrayı rəngə də diqqət çəkib. Bu rəng xüsusilə üst geyimlərdə – məsələn, bomber və ya trençkota uyğun hesab olunur və obrazı daha canlı göstərir.

Stilist vurğulayıb ki, düzgün seçilmiş rəng insanın gün ərzində hisslərinə ciddi təsir edə bilər. Lakin o, bütün qarderobu dəyişmək əvəzinə, sadəcə bir neçə uyğun rəngli geyim əlavə etməyi tövsiyə edir.

Aydın

--> -->