Soyuq hava ən çox dərimizi təsir edir. Dəri quruyur, həssaslaşır və çatlayır. Buna görə də doğru və effektiv baxım, dərini təmizləmək və nəmləndirmək xüsusi əhəmiyyət daşıyır.
Qaynarinfo xəbər verir ki, dermatoloq Dr. Ahmet Günay qış aylarında cild baxımı üçün vacib məqamları açıqlayıb:
Cildinizdə problem yoxdursa, evdə baxım edə bilərsiniz
Dəriyə baxım iki formada olur: tibbi və kosmetik. Cildində problem olan şəxslər mütləq dermatoloji klinikada mütəxəssislər tərəfindən təmizləmə və baxım etdirməlidir. Cildinizdə problem yoxdursa, evdə və ya cild mütəxəssisləri vasitəsilə həm təmizləmə, həm də baxım etmək mümkündür. Quru dərilər üçün zeytun yağı təbii və faydalı seçimdir, lakin akneli və yağlı dərisi olanlar bunu istifadə etməməlidir.
Dərini dəsmal ilə deyil, kağız dəsmə ilə qurulayın
Dərinin düzgün nəmləndirilməsi vacibdir. Bunun üçün dərini yuduqdan sonra dəsmal əvəzinə kağız dəsmə ilə artıq nəm çıxarılmalı və dərhal nəmləndirici krem tətbiq edilməlidir. Günlük təmizlik cild baxımı üçün əhəmiyyətlidir. Dərini dərindən təmizləyən məhsullardan istifadə oluna bilər.
Pilinq ilə dərini canlandırın
Sivilcə izləri, hamiləlik və günəş ləkələri kimi problemlər üçün pilinq tətbiq edilə bilər. Ləkələri aradan qaldırmaq üçün əvvəlcə dərinin üzərinə orqanik və ya kimyəvi turşu tətbiq olunur. Meyvə turşuları ilə edilən soyma 20–30 dəqiqə çəkir və roller vasitəsilə turşular dərinin alt qatına nüfuz etdirilir. Bu üsul dərinin zədələnmiş qatını canlandırır. Başlanğıcda həftədə bir dəfə tətbiq olunan prosedur, sonra ayda bir dəfə azaldıla bilər. Daha dərin ləkələr üçün kimyəvi pilinq və spot pilinq üsulları da tətbiq edilir. Bu üsullar həm ləkələr, həm yara izləri, həm də yaşlanmaya qarşı istifadə olunur.
Evdə baxım üçün praktik məsləhətlər
Bol su için. Gündə 2 litr su dərini daxildən nəmləndirir. Çay və qəhvə əvəzinə su içmək tövsiyə olunur, çünki bu içkilər sidikqovucu təsir göstərir.
Nəmləndirici krem istifadə edin. Soyuq hava dərini qurudur, düzgün nəmləndirici bu təsirdən qoruyur.
Günəş qoruyucu kremdən istifadə edin. Qışda da günəşdən qorunmaq vacibdir. Kimyəvi və fiziki filtrlərə malik kremlər seçilməlidir.
Cildinizi tez-tez təmizləyin. Yağlanma və sivilcə yaranmasına qarşı cildin təmizliyi vacibdir. Sabun şərt deyil, antiseptik və təbii məhsullar üstünlük təşkil etməlidir.
Sağlam qidalanın. Tərəvəz, meyvə və vitaminlə zəngin qidalar qəbul edilməlidir. Biotin, C və E vitaminləri və sink əlavəsi tövsiyə olunur.
Mütəmadi idman edin. Açıq havada edilən idman və fiziki fəaliyyət dərinin sağlamlığı üçün önəmlidir.
Dr. Günay bildirir ki, düzgün cild baxımı həm dərinin qorunmasına, həm də sağlam və parlaq görünməsinə kömək edir. Qış aylarında sadə, lakin sistemli baxım dərinin ehtiyaclarını ödəyir və qırışların, quruluğun qarşısını alır.
Günay
Şərhlər