Ötən ilin yekunlarına görə, Cənubi Koreyada doğum səviyyəsinin artımı son 15 ilin ən yüksək göstəricisi olub.
Qaynarinfo xəbər verir ki, bunu Statistika Nazirliyinin rəsmi məlumatları gösərir.
Ötən il doğum səviyyəsi 6% artıb - bu, 2010-cu ildən bəri rekord göstəricidir. 2025-ci il ölkədə doğum səviyyəsinin artdığı ardıcıl ikinci il olub.
Nazirliyin rəsmi nümayəndəsi Pak Hyon Çjon bildirib ki, doğum səviyyəsinin artmasının əsas səbəblərindən biri nikahların sayının artmasıdır: "Nikahların sayı 2024-cü ilin aprelindən ötən ilin dekabrınadək 21 ay ardıcıl olaraq artıb. Hesab edirik ki, bu, COVID-19 pandemiyası səbəbilə evliliyi təxirə salmış cütlüklər arasında nikahların artması ilə bağlıdır".
2024–2025-ci illər sayəsində Cənubi Koreyada doğum əmsalı artıb. Halbuki son illərdə bu göstərici dünyada ən aşağı səviyyələrdən biri idi. Əgər 2023-cü ildə o, ölkə üçün tarixi minimum — 0,72 olmuşdusa, 2024-cü ildə 0,75-ə, 2025-ci ildə isə 0,8-ə yüksəlib. Bununla belə, bu göstərici hələ də Cənubi Koreyanın 51 milyon nəfərlik əhalisinin sabit saxlanması üçün tələb olunan 2,1 səviyyəsindən xeyli aşağıdır.
Aydın
Şərhlər