Beynəlxalq Fransız dili Müəllimləri Günü münasibətilə Fransanın Azərbaycandakı səfirliyində qəbul keçirilib.
"Report" xəbər verir ki, tədbir çərçivəsində Gəncə Dövlət Universitetində fransız dili müəllimi olaraq fəaliyyət göstərən Vüsalə İsgəndərovaya "Palmes académiques" mükafatı təqdim olunub.
Qəbulda Belçika, Mərakeş, İsveç və digər bir sıra ölkələrin Azərbaycandakı səfirləri, fransız dili müəllimləri və digər ictima-siyasi xadimləri iştirak ediblər.
Fransanın Azərbaycandakı səfiri Sofi Laqut ölkəmizdəki bütün fransız fili müəllimlərinin fəaliyyətini yüksək qiymətləndirdiklərini bildirib:
"Mənim üçün Azərbaycanda fransız dilinin öyrənilməsi, fransız dilində tədbirlərin keçirilməsi çox vacibdir. Azərbaycan hökuməti ilə daim danışıqlar aparacağam ki, fransız dilində təhsil sistemi tam formalaşsın. Vüsalə İsgəndərovaya da dilimizin Gəncədə yayılmasına verdiyi töhfəyə görə təşəkkür edirəm. Bizim üçün həmin ali təhsil müəsisəsində fransız dili üzrə o, əsas şəxsdir.
Onun sayəsində Gəncədə Aleksandr Duma adına Fransız dili Mərkəzi açıldı. Bu xidmətlərinə görə minnətdaram. Ona görə də Fransanın təhsil naziri adından bu medalı Vüsalə xanıma təqdim edirəm".
Şərhlər