Xəbər lenti

Seçkidən sonra yoxa çıxdı: Uqandada müxalifət liderini kim qaçırıb?
Dünya 15:15 17.01.2026

Seçkidən sonra yoxa çıxdı: Uqandada müxalifət liderini kim qaçırıb?

Uqandada səsvermə bitər-bitməz ölkə qaranlığa qərq olub: İnternet dayanıb, küçələrdə hərbçilər peyda olub. Saatlar sonra müxalifətin ən güclü siması Bobi Vaynın evindən helikopterlə qaçırıldığı iddia edilib.

Qaynarinfo xəbər verir ki, Milli Birlik Platforması (NUP) əsl adı Robert Kyaqulanyi Ssentamu olan müxalifət liderinin paytaxt Kampaladakı evindən helikopterlə qaçırıldığını iddia edib. Partiya rəsmiləri bildiriblər ki, hərbçilər və təhlükəsizlik qüvvələri divarlardan tullanaraq evə girib, Vaynenin ailəsi və ətrafı baş verənləri çarəsiz izləyib. O andan sonra isə onun harada olduğu məlum deyil.

Bu qaçırılma iddiası uqandalıların mübahisəli seçkilər üçün məntəqələrə getdiyi gündən yalnız bir gün sonra ortaya çıxıb. Seçkilər internetin tamamilə dayandırıldığı, ağır silahlı təhlükəsizlik qüvvələrinin nəzarətində keçirilib və müstəqil müşahidənin demək olar ki, mümkün olmadığı şəraitdə baş tutub.

Bayne itməzdən əvvəl etdiyi paylaşımda hərbçilərin evini mühasirəyə aldığını və onu faktiki ev həbsinə məhkum etdiyini açıqlamışdı: "Hər yeri mühasirəyə aldılar. Heç kim içəri girə, heç kim çölə çıxa bilmir. Divarlardan atlayaraq bağımıza girdilər". O, bunun güc deyil, qorxu nümayişi olduğunu vurğulamışdı.

İnternetin kəsilməsi səbəbindən Vaynenin harada olduğu təsdiqlənə bilmir. "Al Jazeera"ya danışan NUP rəsmiləri siyasətçinin hərbi qüvvələr tərəfindən aparıldığını bildirir, amma hökumət tərəfdən heç bir açıqlama yoxdur.

Keçmiş pop ulduzu Bobi vayne 40 ilə yaxın hakimiyyəti olan 81 yaşlı prezident Yoveri Museveninin ən güclü rəqibi hesab olunur. Bu seçki Museveninin səlahiyyət müddətini uzatmaq cəhdi kimi qiymətləndirilir. Vaynenin səhnədən çəkilməsi iddiaları prosesi daha da mübahisəli edib.

Birləşmiş Millətlər Təşkilatı seçki kampaniyasının "geniş yayılmış təzyiq və qorxu altında" keçirildiyini açıqlamışdı. Vaynenin yoxa çıxması bu xəbərdarlıqların real həyata necə əks olunduğuna dair ən bariz nümunə kimi görünür.

Vayne saxlanılmazdan əvvəl ölkədə kütləvi səs oğurluğu baş verdiyini iddia edərək, xalqı rejimə qarşı müqavimət göstərməyə çağırmışdı. Təzyiqlərin yalnız müxalifətlə məhdudlaşmadığına dair əlamətlər də var. Uqanda Seçki Komissiyası sədri Simon Byabakama bildirib ki, müxalifət namizədlərinin qalib elan edilməməsi üçün təhdid olunublar.

İnternetin kəsilməsi, vətəndaş cəmiyyətinin susdurulması və indi də ana müxalifət liderinin itməsi Uqandada seçkidən sonra dövrün qaranlıq bir mərhələyə girdiyi təəssüratını gücləndirib.

Aydın

--> -->