Xəbər lenti

Sabiq səfirin keçmiş xanımı yenidən həbs edilib: Şəmsiyyə Bəylərqızı nədə ittiham edilir? (TƏFƏRRÜAT)
Ölkə 16:54 01.08.2024

Sabiq səfirin keçmiş xanımı yenidən həbs edilib: Şəmsiyyə Bəylərqızı nədə ittiham edilir? (TƏFƏRRÜAT)

Yazıçı Şəmsiyyə Bəylərqızının (Rzayeva) yenidən həbs olunmasının detalları məlum olub.

Qaynarinfo-nun məlumatına görə, o, qohumu Sadiq Hüseynova qarşı 52 000 manatlıq dələduzluqda ittiham edilib. Barəsində Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq) və 178.2.4-cü maddələri ilə cinayət işi başlanılaraq məhkəməyə göndərilib.

Belə ki, Şəmsiyyə Bəylərqızı 2022-ci ildə qohumu Sadiq Hüseynovdan 35 min manat alaraq, onu Qarabağda gedən tikinti işlərinə nəzarət komissiyasının üzvü kimi işə düzəldəcəyinə söz verib. 

Şəmsiyyə Bəylərqızı həmçinin sələmə pul götürmək adı ilə Sadiq Hüsynova məxsus ümumilikdə 15000 manat dəyəri olan 26 qram üzərində brilliant qaşları olan qızıl boyunbağını, 40.4 qram qızıl tros boyunbağını, 22 qram moruq formalı qızıl boyunbağını, qızıl yaxalığı, İtaliya istehsallı qızıl qolbağı, svetofor formalı brilliant qızıl sırğanı, paxlava formalı qızıl brilliant üzüyü, 1898-ci il istehsallı olan "Nikolay" dövründən qalmış üzərində 1911 yazısı olan qızıl 10-luq sikkəni, 5 ədəd "Nikolay" dövründən qalmış üzərlərində 1901, 1902, 1901, 1889 və 1899 yazıları olan qızıl beşlik sikkələri ələ keçirib.


Bir neçə il keçməsinə baxmayaraq, Şəmsiyyə Bəylərqızı nə qohumunu işə düzəldib, nə də ondan aldığı qızılları geri qaytarıb. Sadiq Hüseynov sonda anlayıb ki, Şəmsiyyə Bəylərqızı onun ümumilikdə 52500 manat pulunu mənimsəyib.

Məhkəmənin qərarı ilə Şəmsiyyə Bəylərqızı Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinib və ona 2 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Təqsirləndirilən şəxs 3 iyun 2024-cü ildən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkir. 

Xatırladaq ki, Azərbaycan və Rusiya Yazıçılar Birliyinin üzvü olan Şəmsiyyə Bəylərqızı vaxtilə İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymaninin həyat yoldaşı olub. Bir müddət sonra səfir arvadını onun 741 min dollarını mənimsəməkdə günahlandırıb. Şəmsiyyə Bəylərqızı bu ittihamla 10 il müddətə azadlıqdan məhrum edilib və 2019-cu ildə əfv olunaraq azadlığa çıxıb.

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->