Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIV turun daha bir oyunu keçirilib.
Qaynarinfo-nun məlumatına görə, günün ilk matçında çempionatda sonuncu olacağı dəqiqləşən "Qəbələ" "Sabah"ı qəbul edib.
Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 2:0. 33-cü dəqiqədə Əyyub Əllaş, 45+1-ci dəqiqədə Klesio Bauk fərqlənib.
65-ci dəqiqədə Davit Volkov birbaşa qırmızı vərəqə alaraq paytaxt təmsilçisini azlıqda qoyub.
"Qəbələ" qalibiyyət sayəsində xallarının sayını 23-ə çatdırıb. "Sabah" hələlik 52 xalla 4-cü sıradadır.
Bu gün "Sumqayıt" - "Səbail" görüşü də baş tutacaq.
Qeyd edək ki, daha əvvəl "Neftçi" "Kəpəz"i (5:1), "Turan Tovuz" "Araz-Naxçıvan"ı (1:0), "Qarabağ" "Zirə"ni (1:0) məğlub edib.
Şərhlər