Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIII turun daha bir oyunu keçirilib.
Qaynarinfo-nun məlumatına görə, günün ikinci matçında "Sabah" "Araz-Naxçıvan"la üz-üzə gəlib.
Qarşılaşma paytaxt təmsilçinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda yeganə qolu 2-ci dəqiqədə Ayaz Quliyev vurub.
Bu nəticənin ardından xallarının sayını 52-yə çatdıran Bakı klubu turnir cədvəlində üçüncü pilləyə yüksəlib. 35 xalı olan Elmar Baxşıyevin yetirmələri doqquzuncu pillədə qalıb. Qeyd edək ki, günün digər oyununda "Turan Tovuz" evdə "Zirə"yə 1:2 hesabı ilə uduzub.
Şərhlər