Xəbər lenti

Rusiyanın yeni PUA-sı
Dünya 12:50 12.01.2026

Rusiyanın yeni PUA-sı "Geran-5": ISW onun əsas təhlükəsinin nə olduğunu izah etdi

Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) təhlilinə görə, Rusiya qoşunları Ukrayna hava hücumundan müdafiə (HHM) sistemlərinə zərbə endirmək üçün özünün "Şahed"/"Geran" tipli pilotsuz uçuş aparatlarını modifikasiya edir.

Qaynarinfo bu barədə Unian-a istinadla xəbər verir.

Beləliklə, Ukrayna Baş Kəşfiyyat İdarəsi (GUR) məlumat verib ki, 2026-cı ilin əvvəlində Rusiya ordusu hücum üçün ilk dəfə "Geran" uzaqmənzilli pilotsuz uçuş aparatının yeni variantını — "Geran-5"-i tətbiq edib. Bu PUA təxminən 90 kq çəkisində döyüş başlığı daşıya bilir və bəyan edilmiş uçuş məsafəsi təxminən 1000 km-dir.

ISW-nin qeyd etdiyi kimi, Rusiya ehtimal ki, İran texnologiyalarının ötürülməsi sayəsində bu yeni tip dronlar üçün daxili istehsal xəttini açıb. Eyni zamanda analitiklər vurğulayırlar ki, Rusiya "Geran-5"-dən təkcə yerüstü hədəfləri deyil, həm də hava hədəflərini vurmaq üçün istifadə etmək niyyətindədir ki, bu da Rusiyanın zərbə komplekslərini və hava hücumundan müdafiə imkanlarını potensial olaraq gücləndirəcək.

QUR-un məlumatına görə, Rusiya qoşunları "Geran-5" dronlarını təyyarələrdən, o cümlədən Su-25 hücum təyyarələrindən buraxmağın və bu dronları R-73 "hava-hava" raketləri ilə təchiz etməyin yollarını hazırlayır.

ISW qeyd edir ki, Rusiya Ukraynanın ələ keçirici dronlarını və qırıcılarını məhv etmək üçün əlavə imkanlar əldə etmək məqsədilə öz pilotsuz aparatlarını getdikcə daha çox Ukrayna HHM sisteminin hava komponentlərinə zərbə endirmək üçün modifikasiya edir. "Məqsəd, Ukraynanın hava hücumundan müdafiə sahəsində davam edən innovasiyaları fonunda, Rusiyanın uzaqmənzilli zərbə sistemlərindən gələn ziyanı artırmaqdır", — deyə analitiklər vurğulayır.

Daha əvvəllər xəbər verdiyimiz kimi, yanvarın 11-də QUR düşmənin Ukraynaya qarşı ilk dəfə "Geran-5" zərbə PUA-sını tətbiq etdiyini bəyan edib. Onun uzunluğu təxminən 6 metr, qanad açılışı isə 5,5 metrə qədərdir. Aparat normal aerodinamik sxem üzrə hazırlanıb. Eyni zamanda kəşfiyyat qeyd edib ki, onun əsas qovşaq və komponentlərinin çoxu bu seriyanın digər nümunələri ilə unifikasiya edilib.

Bundan əlavə, kəşfiyyatçılar İranın "Kərrar” pilotsuz uçuş aparatı ilə əhəmiyyətli konstruktiv və texnoloji oxşarlığın qeydə alındığını bildiriblər.

Alpər
--> -->