Çin və Rusiya BMT Təhlükəsizlik Şurasının digər üzvlərinin razılığı olmadan Şimali Koreyaya qarşı tətbiq edilən sanksiyaları birtərəfli qaydada ləğv edə bilməyəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinq zamanı
bildirib.
"Aydındır ki, onlar bütün BMT Təhlükəsizlik Şurası adından birtərəfli addımlar ata bilməzlər. Və təbii ki, onlar bizim, ABŞ-ın Şimali Koreyaya qarşı tətbiq etdiyi və qüvvədə olan sanksiyalara təsir edə bilməzlər”, - deyə o, məsələni şərh edərkən qeyd edib.
Xatırladaq ki, aprelin sonunda Şimali Koreyanın sanksiyalardan yayınmasını, nüvə və raket proqramlarını araşdıran BMT-nin Şimali Koreya Sanksiyalarının Monitorinqi Komissiyasının mandatı Rusiyanın onun uzadılmasına veto qoymasından sonra başa çatıb.
Nizami Bağırov
Şərhlər