Rusiyanın Donetsk vilayətinin Konstantinovka bölgəsinə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 11-ə çatıb, daha 37 nəfər yaralanıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.
Yaralılara təcili tibbi yardım göstərilir. Donetsk Vilayət Prokurorluğunun prosessual rəhbərliyi altında müharibə qanunlarının və qaydalarının pozulması (Ukrayna Cinayət Məcəlləsinin 438-ci maddəsinin 2-ci hissəsi) ilə bağlı cinayət işi üzrə ibtidai istintaq başlayıb.
Düşmən X-38 raketi ilə zərbə endirib. Hücum zamanı yaxınlıqda çoxlu adam olub.
Bundan əvvəl Ukrayna Daxili İşlər Nazirliyinin rəhbəri İqor Klimenko öz "Telegram" kanalında on nəfərin öldüyü, 35 nəfərin yaralandığı barədə məlumat verib. "Min kvadratmetr sahəsi olan ticarət mərkəzində baş verən yanğın söndürülüb. Hadisə yerində operativ xidmətlər: Fövqəladə Hallar Xidməti, təcili tibbi yardım briqadası cəlb olunub”, - deyə o yazıb.
Yaşayış binaları, mağazalar və ondan çox avtomobilə ziyan dəyib.
Alpər
Şərhlər