Xəbər lenti

Rus tamaşaçıları üçün nəzərdə tutulan tamaşa Musiqili Teatrda
Sənət 19:11 09.06.2022

Rus tamaşaçıları üçün nəzərdə tutulan tamaşa Musiqili Teatrda

Akademik Musiqili Teatrında Aleksandr Ostrovskinin "Cehizsiz qız” pyesi əsasında hazırlanan "Lara Martin's Jazz Club” tamaşasının premyerası keçiriləcək.

Qaynarinfo xəbər verir ki, tamaşa iyunun 21-də təqdim olunacaq. Rus tamaşaçıları üçün nəzərdə tutulan tamaşanın quruluşçu rejissoru İradə Gözəlova, layihənin bədii rəhbəri Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevdir.  

"Lara Martin's Jazz Club"da baş rolun ifaçısı Əməkdar artist Nərgiz Kərimovadır. Tamaşada əməkdar artistlər Fərid Əliyev, Şövqi Hüseynov, Nahidə Orucova, aktyorlar  Əliməmməd Novruzov, Rauf Babayev, Emil Heydərov iştirak edirlər. 

Bahar

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->